
BAKI, 6 aprel. TELEQRAF
ABŞ hakimiyyəti zəlzələnin nəticələrini qiymətləndirmək üçün Myanmaya səfər edən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) üç əməkdaşını işdən çıxarıb.
Teleqraf xəbər verir ki, bu barədə "New- York Times" öz mənbələrinə istinadən xəbər verir.
Qeyd olunur ki, USAID əməkdaşları ABŞ-nin zəlzələnin nəticələrinin aradan qaldırılmasına necə kömək edə biləcəyini öyrənməli idilər.
Nəşrin məlumatına görə, bu addım Vaşinqtondakı USAID əməkdaşlarını şoka salıb.