
BAKI, 4 aprel. TELEQRAF
Yəməndəki Husi hərəkatının lideri Abdel Malik əl-Husi bildirib ki, onların hələ də raket və dronlarla düşmən ərazilərinə hücum edə bilməsi ABŞ-nin uğursuzluğunun sübutudur.
Teleqraf xəbər verir ki, bu barədə “Al-Jazeera” məlumat yayıb.
"Amerikanın Yəmənə qarşı təcavüzü hərbi gücümüzü məhv edə bilmədi və biz ABŞ və İsraillə birbaşa qarşıdurmadan çəkinmirik", - əl-Husi vurğulayıb.
Onun sözlərinə görə, Husilər İsrailin Qəzzada törətdiyi cinayətləri sadəcə seyr edənlərdən deyil və fələstinlilərə dəstək verməyə davam edəcəklər.
Abdel Malik əl-Husi Amerikadan qorxmadıqlarını da əlavə edib: ”Əməliyyatlarımızı davam etdirəcəyik və bizim üçün əsas olan Allahın razılığını qazanmaq və vicdanımızı qorumaqdır".