BAKI, 24 mart. TELEQRAF

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin İsrailin hücumlarını yenidən başlatmasından sonra təşkilatın Qəzzadakı üzvlərinin sayını azaltmaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, bunu BMT-nin baş katibinin sözçüsü Stefan Düjarrik deyib.

Düjarrik qeyd edib ki, İsrail keçən həftə BMT əməkdaşları da daxil olmaqla yüzlərlə mülki şəxsin ölümünə səbəb olan hücumlar həyata keçirib.

"BMT baş katibi təşkilatın Qəzzada varlığını azaltmaq qərarına gəlmək məcburiyyətində qaldı. Mülkilərin humanitar yardım və müdafiə ehtiyacları artarkən bunu etməli olduq. Biz Qəzzanı tərk etmirik. Mülki vətəndaşların müdafiəsinə və sağ qalanlara yardım etməyə davam edəcəyik" - Düjarrik bildirib.

Bu çərçivədə Qəzzada beynəlxalq personalın sayının azaldılacağını bildirən Dujarrik, hazırda orada təxminən 100 beynəlxalq BMT nümayəndəsinin olduğunu bildirib.

İsrail hakimiyyətinin Qəzzada "hərbi fəaliyyətini" davam etdirmək niyyətində olduğunu qeyd edən Dujarrik, martın 19-da BMT personalının ölümünə səbəb olan hücumun İsrail tərəfindən həyata keçirildiyinin təsdiqləndiyini bildirib.

Düjarrik bildirib ki, Quterreş İsrailin hücumunu qətiyyətlə pisləyib və məsələ ilə bağlı hərtərəfli və müstəqil araşdırma tələb edib.