
BAKI, 24 mart. TELEQRAF
ABŞ Müdafiə Nazirliyidə amerikalı iş adamı İlon Maskla bağlı iki qalmaqal davam edir.
Teleqraf xəbər verir ki, bu barədə “Kommersant” mənbələrə istinadən yazır.
Qalmaqalların biri Çinlə müharibə , digəri isə "ONA" strateji beyin mərkəzinin bağlamaq qərarıdır.
"The New York Times" və "The Wall Street Journal"ın məlumatına görə, Pentaqon Maska Çinlə bağlı ciddi qorunan əməliyyat planlarından birinə giriş icazəsi verməyi planlaşdırırdı. Departament bu məlumatı təkzib edərək, görüşü “innovasiya ilə bağlı qeyri-rəsmi müzakirə” adlandırıb.
Müdafiə naziri Pit Heqset və Donald Tramp Maskın sirlərə çıxışının maraqların toqquşması səbəbindən istisna edildiyini bildirib.
Eyni zamanda, Heqset 1973-cü ildə uzunmüddətli strateji təhlil üçün yaradılmış Ümumi Qiymətləndirmə Ofisinin (ONA) ləğv olunduğunu elan edib.
Daha əvvəl İlon Mask brifinqlə bağlı məlumat sızdıranların cəzalandırılmasını, Pentaqon işçilərinin yalan detektoru ilə sınaqdan keçirilməsini tələb edib.