
BAKI, 22 mart. TELEQRAF
İsrail ordusu 18 martda Qəzza zolağına hücumları bərpa etdikdən sonra həlak olanların sayı 634 nəfərə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Qəzzadakı Səhiyyə Nazirliyi məlumat yayıb.
Son hücumlar zamanı 1172 nəfərin isə yaralandığı açıqlanıb.
Məlumata görə, 2 gün ərzində Qəzza xəstəxanalarına 130 nəfərin meyiti çatdırılıb.
Nazirlik dağıntılar altında hələ də çox sayda insanın olduğunu və xilasedicilərin onları çıxarmaqda çətinlik çəkdiyini bildirib.
Qeyd edək ki, 2023-cü ilin oktyabrında başlayan və hələ də davam edən İsrail-HƏMAS müharibəsi nəticəsində ölənlərin ümumi sayı 50 minə yaxınlaşır.