
BAKI, 21 mart. TELEQRAF
İraqın İstanbuldakı Konsulluğuna iki şəxs tərəfindən silahlı hücum təşkil edilib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Motosikletlə gələn iki şübhəli konsulluq binasına atəş açıblar. Şübhəlilər hücumdan sonra motosikletlə hadisə yerindən uzaqlaşıb.
Hücum nəticəsində xəsarət alan olmayıb.
Əraziyə polis qrupları sövq edilib, faktla bağlı araşdırma aparılır.