BAKI, 21 mart. TELEQRAF

Hərbi münaqişələrə görə ölkələrin Olimpiya Oyunlarından kənarlaşdırılmasının əleyhinəyəm.

Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yeni prezidenti Kirsti Koventri deyib.

“Mən olimpiya hərəkatının münaqişələrlə üzləşdiyi zaman qərarlar qəbul etməsi üçün müəyyən siyasət və təlimatlar hazırlayan işçi qrup yaratmaq istəyirəm", - o qeyd edib.

Koventri həmçinin əlavə edib ki, Rusiyanın geri qayıtması məsələsi işçi qrupla müzakirə olunacaq.