
BAKI, 20 mart. TELEQRAF
İsrail ordusunun gecə və səhər saatlarında Qəzza zolağının şimal və cənub bölgələrinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı artıb.
Teleqraf xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Hava və artilleriya hücumları Beyt Lahia, Xan Yunis və Rəfah şəhərlərində 71 nəfərin ölümü ilə nəticələnib.
Aviazərbələr zamanı onlarla fələstinli yaralanıb, çoxlu sayda insan itkin düşüb.