
BAKI, 20 mart. TELEQRAF
İsrailin Qəzzanın şimal və cənubunda endirdiyi zərbələr nəticəsində azı 26 nəfər ölüb, onlarla insan yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail ordusu Beyt Lahia, Xan Yunis və Rəfah şəhərlərinə hava və artilleriya zərbələri endirib.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də HƏMAS silahlıları Qəzza zolağından İsrail ərazisinə daxil olaraq yerli sakinləri qətl edib, bəzilərini girov götürüb. Buna cavab olaraq İsrail Fələstin anklavında bu il yanvarın 19-dək quru əməliyyatı həyata keçirib. Martın 18-nə keçən gecə İsrail Qəzza zolağında "HƏMAS"a qarşı hərbi əməliyyatları bərpa edib.