
BAKI, 18 mart. TELEQRAF
"Lanhsa" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Hondurasın qərbindəki Roatan adasındakı hava limanından qalxdıqdan sonra dənizə düşüb.
Teleqraf xəbər verir ki, bu barədə Adalar de la Bahia departamentinin qubernatoru Hüqo Varelaya istinadən məlumat yayıb.
Qəza zamanı təyyarənin göyərtəsində 15 nəfər olub, onlardan 6 nəfəri ölüb.
Honduras Milli Polisin verdiyi məlumata görə, qəza “Jetstream 41” təyyarəsindəki texniki nasazlıq nəticəsində baş verib. Təyyarə uçuş-enmə zolağından təxminən bir kilometr aralıda qəzaya uğrayıb.