BAKI, 18 mart. TELEQRAF

İsrailin Qəzza zolağına silsilə zərbələri nəticəsində ölənlərin sayı 232-yə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Ölənlər arasında çoxlu qadın və uşaqların olduğu qeyd edilir.

***

06:57

İsrailin Qəzza zolağına son hava zərbələri nəticəsində çoxu uşaq və qadın olmaqla azı 112 nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Məlumata görə, Fələstin anklavının cənubundakı Xan Yunis şəhərində 75 nəfər ölüb.

Martın 18-nə keçən gecə İsrail Qəzza zolağında "HƏMAS"a qarşı hərbi əməliyyatları bərpa edib.

2023-cü il oktyabrın 7-də HƏMAS silahlıları Qəzza zolağından İsrail ərazisinə daxil olaraq yerli sakinləri qətl edib, bəzilərini girov götürüb. Buna cavab olaraq İsrail Fələstin anklavında bu il yanvarın 19-dək quru əməliyyatı həyata keçirib.