BAKI, 18 mart. TELEQRAF

Yəmənin Ənsarullah (Husilər) hərəkatı ABŞ-nin hücumlarına cavab olaraq Qırmızı dənizdə Amerikanın "USS Harry Truman" təyyarədaşıyan gəmisinə üçüncü dəfə aviazərbə endirib.

Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, hücum iki qanadlı raket və iki pilotsuz təyyarə ilə həyata keçirilib.

“Təyyarədaşıyıcıya son 48 saatda üçüncü dəfə zərbə endirilib. ABŞ ordusu bir çox döyüş gəmisini Qırmızı dənizin şimal hissəsinə çəkməyə məcbur oldu”, - məlumatda qeyd olunur.

Husilər bildiriblər ki, onların zərbələri ABŞ-ın Yəmənə qarşı hava hücumunu dəf edib və ölkələrinə qarşı təcavüz sona çatana qədər mübarizəni davam etdirəcəklər.

Martın 16-na keçən gecə ABŞ husilərə qarşı gəmilərini qorumaq üçün genişmiqyaslı əməliyyata başlayıb.