BAKI, 18 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydenin uşaqları üçün "dövlət təhlükəsizliyi"ni ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp özünün "Truth Social" sosial şəbəkəsində məlumat verib.

“Lütfən bilin ki, indidən sonra Hanter və Eşli baydenlər artıq məxfi xidmət agentləri tərəfindən qorunmayacaq", - dövlət başçısı yazıb.

Onun sözlərinə görə, Baydenin oğlu Hanteri 18 nəfər, qızı Eşli və ikinci arvadı Cilli isə 13 nəfər vergi ödəyicilərinin hesabına mühafizə edirdi.

Tramp həmçinin bildirib ki, Baydenin əfv sərəncamları avtomatlaşdırılmış cihaz tərəfindən imzalandığı üçün etibarsızdır. O qeyd edib ki, bu əfv sənədlərinin “hüquqi qüvvəsi yoxdur”.