
BAKI, 18 mart. TELEQRAF
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS hərəkatına qarşı hərbi əməliyyatları genişləndirəcək.
Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.
Qeyd olunur ki, ordu bütün cəbhələrdə gücləndirilmiş döyüş hazırlığı vəziyyətindədir.
Ötən gecə İsrail Hərbi Hava Qüvvələri Fələstin anklavının ən böyük yaşayış məntəqələrinə, o cümlədən cənubda Xan Yunis, Rəfah, şimalda Cəbəliyə şəhəri və Qəzza zolağının mərkəzindəki Nuseyrat qaçqın düşərgəsinə silsilə zərbələr endiriblər.
2023-cü il oktyabrın 7-də HƏMAS silahlıları Qəzza zolağından İsrail ərazisinə daxil olaraq yerli sakinləri qətl edib, bəzilərini girov götürüb. Buna cavab olaraq İsrail Fələstin anklavında bu il yanvarın 19-dək quru əməliyyatı həyata keçirib. Martın 18-nə keçən gecə İsrail Qəzza zolağında "HƏMAS"a qarşı hərbi əməliyyatları bərpa edib.