
BAKI, 17 mart. TELEQRAF
Avropa İttifaqı Ruandaya sanksiyalar tətbiq edib.
Teleqraf xəbər verir ki, məsələ ilə bağlı "Reuters" Aİ ölkələrinin xarici işlər nazirlərinə istinadən məlumat yayıb.
Məlumata görə, Avropa İttifaqı (Aİ) rəhbərləri Demokratik Konqo Respublikasının (DKR) sərhəd bölgələrindəki münaqişəyə görə Ruandanın hərbi rəsmiləri də daxil olmaqla, doqquz vəzifəli şəxsə qarşı sanksiyalar tətbiq edib. Bu siyahıya Ruanda ordusunun nümayəndələri, Konqoda fəaliyyət göstərən M23 qiyamçı qrupunun lideri və Şimali Kivu əyalətinin qubernatorunun adı da daxil olunub.
Eyni zamanda, Ruanda hökuməti Belçika ilə diplomatik münasibətləri kəsdiyini və bütün Belçika diplomatlarının 48 saat ərzində ölkəni tərk etməli olduğunu bildirib. Buna cavab olaraq Belçika da bütün Ruanda diplomatlarını arzuolunmaz şəxs elan edib.