BAKI. 15 mart. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Avropanı silah istehsalını sürətləndirməyə və hava hücumundan müdafiəni gücləndirməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə Zelenski X sosial şəbəkəsində yazıb.

“Avropanın ən müasir silahları istehsal etmək üçün imkanları var. Söhbət sizin müdafiəniz və təhlükəsizliyinizdən gedirsə, döyüş sursatı istehsalı 3-5 il çəkməməlidir”, - deyə Zelenski bildirib.

Martın 4-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Londonda keçirilən Aİ sammitində “Avropanın silahlanması dövrü”nü elan edib. Onun təklif etdiyi plan dörd il ərzində 800 milyard avro sərmayə tələb edir. Vəsait Ukraynaya dəstəyi davam etdirmək və həmçinin Avropanın özünün təhlükəsizliyi üçün üçün lazımdır.