BAKI, 8 mart. TELEQRAF
ABŞ hökuməti enerji sektorunda Rusiyaya qarşı sanksiyaları yumşaltmağı düşünür.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü ərəfəsində Ağ Ev Maliyyə Nazirliyinə sanksiyaların yumşaldılması variantlarını öyrənməyi tapşırıb. Agentliyin həmsöhbətləri vurğulayırlar ki, bu iş Ukraynada münaqişənin başa çatacağı təqdirdə məhdudiyyətlərin sürətlə aradan qaldırılmasına imkan verəcək.
Eyni zamanda, nəşr vurğulayıb ki, bu səylər ABŞ-nin Rusiyadan güzəştə getmədən sanksiyaları qaldıracağına işarə kimi qəbul edilməməlidir.