BAKI, 27 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı əvvəllər tətbiq edilmiş bəzi sanksiyaların müddətini bir il uzadıb.

Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı sənədlərdə deyilir.

Söhbət ABŞ-nin 44-cü prezidenti olmuş Barak Obama, 45-ci prezidenti Donald Tramp və 46-cı prezidenti Co Baydenin dövründə Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərdən gedir.

Tramp bildirib ki, bütün bu məhdudlaşdırıcı tədbirlər 6 mart 2025-ci ildən sonra da qüvvədə qalmalıdır.

Qeyd edək ki, fevralın 25-də Donald Tramp gələcəkdə anti-Rusiya sanksiyalarının ləğvi imkanlarına baxılacağını, lakin hələlik belə razılaşmanın olmadığını bildirmişdi.