
Ukraynanın şərqində Rusiya meyilli separatçılar Mariupol şəhərini yaz aylarında ələ keçirəcək.
Teleqraf.com-un məlumatına görə, belə bir iddia ilə ABŞ Mərkəzi Kəşfiyya İdarəsinin direktoru Ceyms Klepper açıqlama verib.
Onun sözlərinə görə, hazırda ölkənin şərqində gedən proseslər Mariupol separatçıların əlinə keçməsini qaçılmaz edir.
Klepper bildirib ki, separatçılar bütün Ukraynanı ələ keçirmək niyyətində deyil, onlara sadəcə Luqansk və Donetsk vilayətləri lazımdır:
"Lakin Mariupol istisna edilmir. Çünki şəhər strateji mövqedə yerləşir. Separatçılar yaz ayına qədər gözləyəcəklər, sonra isə irimiqyaslı hücumlara başlayacaqlar".