
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki rəsmi Moskvanı kəskin şəkildə ittiham edib.
Axar.az xəbər verir ki, Psaki rəsmi Moskvanın yalan bəyanatlar verdiyini bildirib.
Psaki Rusiyanın Ukraynada qoşunlarının olmasını təkzib etməsinin heç bir həqiqətə uyğun gəlmədiyini, ABŞ-ın əlində kifayət qədər Rusiyanın yalan danışmasını sübuta yetirəcək dəlillərin olduğunu bildirib.
Kerrinin Rusiyanı ittiham etməsinin tamamilə doğru olduğunu deyən Psaki rusların saysız-hesabsız bəyanatlarının heç bir əsası olmadığını vurğulayıb.