BAKI,19 fevral. TELEQRAF

Avropa İttifaqına üzv olan 27 ölkənin daimi nümayəndələri Ukraynada müharibəyə görə Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə TASS-dan bildirilib.

"Bəli, daimi nümayəndələr bu səhər yeni sanksiyalarla bağlı razılığa gəliblər", - məlumatda qeyd edilib.

“Reuters” agentliyi ittifaq ölkələrinin Rusiyadan ilkin alüminium idxalını qadağan edəcəyinə dair məlumat yayıb.

Bununla yanaşı, “kölgə donanması”na daxil olduğu iddia edilən 73 gəmiyə də sanksiyaların tətbiq olunacağı diqqətə çatdırılıb.