BAKI, 18 fevral. TELEQRAF
ABŞ-nin keçmiş prezidenti Co Baydenin administrasiyası hakimiyyəti təhvil verməmişdən az öncə Pentaqon rəhbəri Pit Heqsetə qarşı vergi yoxlaması həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Pentaqon rəhbəri "X" sosial şəbəkəsində məlumat verib.
"Əlbəttə, Baydenin gedən Daxili Gəlir Xidməti gələcək müdafiə nazirinin "auditini" keçirməyə tələsdi", - o qeyd edib.
Heqset həmçinin sözlərini təsdiq edən sənədin şəklini paylaşıb.
"Hörmətli Pit və Cennifer Heqset, federal vergi bəyannaməsini nəzərdən keçiririk, <…> $33,558,16 borcunuz var", - sənəddə qeyd olunub.