BAKI, 18 fevral. TELEQRAF

İtaliyanın Savona şəhərinin limanında Maltaya məxsus "Sea Jewel" tankerində iki partlayış baş verib.

Teleqraf xəbər verir ki, bu barədə “Fatto Quotidiano” qəzeti məlumat yayıb.

Hadisə Əlcəzairdən gələn gəmidən neftin boşaldılması zamanı baş verib.

Aparılan yoxlama zamanı neft sızması aşkar edilməyib. İtkilər barədə məlumat yoxdur.

Hadisənin səbəbləri araşdırılır.