BAKI, 17 fevral. TELEQRAF

Ukrayna lideri Volodimir Zelenski bildirib ki, Kiyevə çox sayda raket, Avropa İttifaqına (Aİ) üzvlük, güclü ordu və İsrail kimi təhlükəsizlik zəmanətləri lazımdır.

Teleqraf xəbər verir ki, bu barədə o, “NBC News”a verdiyi müsahibədə bildirib.

“Ukraynanın raketlərə, Aİ-da üzvlüyə və İsrail kimi təhlükəsizlik zəmanətlərinə ehtiyacı var”, - o qeyd edib.