BAKI, 16 fevral. TELEQRAF

Ukraynadakı müharibə ölkə prezidenti Volodimir Zelenskinin hakimiyyəti saxlamaq üçün yeganə yoludur.

Teleqraf xəbər verir ki, bunu Amerikanın “The Hill” nəşri yazır.

“Müharibə davam etməlidir – Zelenskini hakimiyyətdə saxlayan yeganə şey budur. Seçkilər keçirilsəydi, o uduzardı”, - məqalə müəllifləri qeyd ediblər.

Məqalədə vurğulanır ki, münaqişə davam etdikcə, Ukraynanın məğlubiyyəti daha aydın görünür. Jurnalistlər əlavə ediblər ki, ağıllı lider aşkar olanı etiraf etməli və çətin, lakin zəruri qərarı verərək danışıqlar masasına əyləşməlidir.