
BAKI, 16 fevral. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda "Hizbullah" hərbi hava qüvvələrinin aviasiya bölmələrini İsrail ərazisinə pilotsuz təyyarələr buraxdığı üçün hədəf alıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələri Livanda “Hizbullah”ın hava bölməsinin mövqelərinə dəqiq zərbələr endirib. Nəticədə “Hizbullah”ın bazaları sıradan çıxarılıb, önəmli fiqurları zərərsizləşdirilib ”, - məlumatda bildirilir.