BAKI, 16 fevral. TELEQRAF

Qəzza zolağında hələ də 73 nəfər girov saxlanılır.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin baş nazirinin ofisinin nümayəndəsi Dmitri Gendelman bildirib.

Onun sözlərinə görə, razılaşmanın birinci mərhələsi çərçivəsində indiyədək 19 girov azad edilib. Daha 14 girovun da İsrailə qayıdacağı gözlənilir.

O vurğulayıb ki, İsrail tərəfi bütün girovları evlərinə qaytarmaq üçün əlindən gələni etmək üçün öhdəlik daşıyır.