BAKI, 16 fevral. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə ABŞ arasındakı dialoqun mülayimliyindən məmnun olmadığını bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə Münhen Təhlükəsizlik Konfransında jurnalistlərlə söhbəti zamanı danışıb.

“Əgər dialoq ABŞ-nin hazırda Rusiyaya qarşı nümayiş etdirdiyi nəzakətlə aparılırsa, o zaman biz buna çox da sevinmirik, düzünü desək, həyat belədir”, - Zelenski bildirib.