
BAKI, 15 fevral. TELEQRAF
ABŞ-dən hərbi yardımların tədarükündəki ləngimə 2024-cü ildə Ukraynanın təxminən 4 min kvadrat kilometr ərazini itirməsinin əsas səbəblərindən biri olub.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
"ABŞ-dən hərbi yardımların ləng tədarükü bizim 4 min kvadrat kilometr ərazi itirməyimizin səbəblərindən biridir", - o qeyd edib.