
BAKI, 14 fevral. TELEQRAF
Türkiyənin xarici işlər naziri Hakan Fidan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-nin yeni Dövlət katibi Marko Rubio ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
O qeyd edib ki, bu, ABŞ-nin yeni administrasiyası formalaşandan rəhbər şəxslər arasında ilk üzbəüz görüşdür.
Görüş əsasında onlar iki ölkə arasında ticari və iqtisadi əlaqələr, habelə müdafiə sənayesi sahəsindəki əməkdaşlığı müzakirə ediblər. Həmçinin Suriyadakı vəziyyət və Qəzza zolağında baş verənlər ətrafında danışıqlar aparılıb. Rusiya-Ukrayna müharibəsi ilə bağlı məsələlər də danışıqların mövzusu olub.