BAKI, 14 fevarl. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin sərhəd yaşayış məntəqələrində quyuları minalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik regiona işgüzar səfərindən sonra keçirdiyi brifinqdə məlumat verib.

"Quyular minalanıb. Gənclər quyudan su götürmək istəyəndə quyu partladılıb və 4 nəfər ağır yaralanıb. Xəsarət alanlardan bəziləri hələ də xəstəxanalardadır. Bu, artıq tendensiyadır. Kiyev rejiminin komandirləri tərəfindən verilən tapşırıqdır", - deyə o qeyd edib.