
BAKI, 14 fevral. TELEQRAF
ABŞ-nin Ukrayna ilə bağlı son bəyanatları fonunda Avropa dövlətləri dünyadakı rollarına yenidən baxmalıdırlar.
Teleqraf xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "Financial Times" qəzetinə müsahibəsində deyib.
“ABŞ Prezidenti Donald Tramp Avropaya deyir ki, indi biz məsuliyyəti öz üzərimizə götürməliyik. Mən inanıram ki, biz məhz bunu etməliyik", - Fransa lideri bildirib.
Makron Amerika liderinin son hərəkətlərindən təəccüblənmədiyini açıqlayıb.
“Bu, elektrik cərəyanı vurmasına bənzəyir. Bizə həm xaricdən, həm də daxildən silkələnmə lazımdır", - Makron vurğulayıb.
O hesab edir ki, strateji oyanışa nail olmaq üçün Avropa ölkələri müdafiə xərclərini və iqtisadi inkişaf tempini artırmalıdır.