İŞİD terror təşkilatının lideri Əbubəkr Əl Bağdadi ötən gecə həyata keçirilən bombardman zamanı öldürüldüyü iddia edlilir.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gecə ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İraqın Suriya sərhədində yerləşən El Qaim qəsəbəsindəki İŞİD hədəflərinə bombalayıb. Hava hücumları nəticəsində terror təşkilatının yüksək səviyyəli rəhbərlərinin öldürüldüyü deyilib.

“Əl Arabiya”nın xəbərinə görə, Əbubəkr Əl Bağdadinin də həmin bölgədə olduğu müəyyən edilib. Lakin onun hücumlardan sonra yaralanıb yaralanmadığı hələ dəqiq deyil.

Hücumlar nəticəsində 17 terrorçunun öldürüldüyü, 29-nun isə yaralandığı deyilir.

Rüstəm