BAKI, 11 fevral. TELEQRAF

“Şənbə günü saat 12-yə qədər Qəzzada girovlar qaytarılmasa, atəşkəsi ləğv edəcəyəm”.

Teleqraf xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

Dövlət başçısı yeni təhlükə barədə açıq mesaj yollayıb: “Hər yer cəhənnəmə dönəcək”.

Tramp fikirlərinə belə davam edib: “Əgər qaçqınları qəbul etməsələr, biz İordaniya və Misirə yardımı da kəsə bilərik”.