
"Donbasın bərpa edilməsi üçün 1,5 milyard dollar tələb olunur”.
Axar.az xəbər verir ki, bunu Ukrayna Regional İnkişaf naziri Gennadi Zubko söyləyib.
O, tərtib edilmiş hesabata üç əsas komponentin daxil olduğunu bildirib:
“Hazırda mən Ukraynanın şərqinin bərpasına lazım olan hesabatı təqdim edirəm. Bu hesabat konkret olaraq üç komponentə aiddir. Bura infrastruktur, sosial obyektlər və hərbi əməliyyatlar zamanı zərər çəkmiş binalar daxildir. Bugünkü gündə həmin ərazilər beynəlxalq ekspertlər tərəfindən 1,5 milyard dollar məbləğində dəyərləndirilir”.