
BAKI, 11 fevral. TELEQRAF
Ukrayna münaqişəsinin həlli yolları Münhen Təhlükəsizlik Konfransında müzakirə olunacaq.
Teleqraf xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Marko Rubio “Sirius Satellite Radio”nun efirində deyib.
O qeyd edib ki, görüş əsasən Ukraynadakı münaqişənin həlli yollarına dair fikirlərə həsr olunacaq. ABŞ dövlət katibi məsələni xarici işlər nazirləri və digər liderlərlə müzakirə etməyi planlaşdırır.
“Dünyanın hər yerindən insanlar, liderlər bu konfransa gəlirlər. Amma hamı üçün əsas mövzu Ukraynadakı münaqişə olacaq”, - deyə Marko Rubio bildirib.