
Amerikanın şimalında - Kanadanın Manitoba əyalətində baş verən yanğın böyük fəsadlar doğurub. Belə ki, Keyn şəhərciyi yaxınlığında fermer evində baş verən güclü yanğın nəticəsində 4 uşaq həlak olub.
Teleqraf.com-un BBC-yə istinadən məlumatına görə, daha 3 uşaq xilas olunub, onların valideynləri isə xəstəxanaya yerləşdirilib.
Alovun qısa müddətdə bütün evi əhatə etdiyi bildirilir. Güclü alov və qatı tüstü yanğınsöndürənlərə evə dərhal daxil olmağa imkan verməyib.
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.