Ağ Evin beynəlxalq təhlükəsizlik üzrə spikeri Syuzan Rays İsrail baş naziri Binyamin Netanyahunun gələn həftə ABD Konqresində planlaşdırdığı çıxışının ABŞ-İsrail əlaqələrinə zərbə vura biləcəyini bəyan edib.

Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, Təmsilçilər Məclisinin rəhbəri, respublikaçı Con Boehner tərəfindən Ağ Evə xəbər vermədən Netanyahunun ölkəyə dəvət edilməsi sərt reaksiyaya səbəb olub.

Amerikanın PBS televizya kanalına qatıldığı proqramda Rays ABŞ və İsrail münasibətlərinin hər zaman partiyaların fövqündə olduğunu bildirib. Ancaq Netanyahunun planlaşdırılan çıxışının bu duruma tərs olduğunu dilə gətirən Rays deyib: "Son bir neçə haftada olanlar budur: Con Boehnerin dəvəti və İsrail baş nazirinin ölkəsində seçkiyə iki həftə qalsa da, bu dəvəti qəbul etməsi ilə münasibətlətə partizanlığın nüfuz etdiyini göstərir. Bu, münasibətlərə xələl gətirən bir məsələdir. Əlaqələrə siyasət qarışdırılanda bu bir problem yaradır".

Nihad