BAKI, 10 fevral. TELEQRAF

ABŞ və PKK terror təşkilatına bağlı “Demokratik Birlik Partiyası” (PYD) 10 min yaraqlının İraqa köçürülməsi barədə razılığa gəlib.

Teleqraf xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumatlı mənbələrə istinadla yazır.

“ABŞ ilə onun dəstəklədiyi PKK/PYD arasında keçirilən görüşdə terror təşkilatının 10 min üzvünün Suriyanı tərk etməsi ilə bağlı razılıq əldə olunub”, - nəşr bildirir.

Məlumatda PKK/PYD yaraqlılarının İraqa daşınarkən, ağır silahlarını da özləri ilə aparacaqları vurğulanır.

Həmçinin qeyd edilir ki, bu məlumat ABŞ Müdafiə Nazirliyinin Suriyadan qoşunlarını çıxarmaq planları hazırlaması fonunda yayılıb.