BAKI, 10 fevral. TELEQRAF

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında yaşayan fələstinlilərin başqa ölkələrə köçürülməsi ilə bağlı açıqlamalarına münasibət bildirib.

Teleqraf xəbər verir ki, nazir Amerika liderinin təklifini “qeyri-ciddi” adlandırıb.

“Fələstinlilərin deportasiyası qəbuledilməzdir. Bu cür təkliflərin ciddiyə alınması lazım olduğunu düşünmürük. Bu, tarixi bilməmək və anlamamaq deməkdir”, - Fidan bildirib.