BAKI, 10 fevral. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Nikol Paşinyan fevralın 10-11-də Fransada olacaq. Onun Fransa Prezident Emmanuel Makronla görüşü planlaşdırılır. Baş nazir süni intellektə həsr olunmuş sammitdə də iştirak edəcək”, - məlumatda deyilir.