
BAKI. 10 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Qəzzada törədilən hərbi və insanlığa qarşı cinayətlərə görə həbsinə order verilmiş İsrailin Baş naziri Benyamin Netanyahunu "inqilabçı" adlandırıb.
Teleqraf "Haber7"yə istinadla xəbər verir ki, Netanyahunun Qəzza siyasətini "əsl inqilab" hesab edən Tramp Fələstin torpağında aparılmış etnik təmizləməyə haqq qazandırıb.
O, Netanyahunun müharibədə uğur qazandığını diqqətə çatdırıb.
Netanyahu ABŞ Prezidenti Trampın İsrailə göstərdiyi dəstəkdən çox təsirləndiyini bildirib.
Netanyahu qeyd edib ki, Trampla HƏMAS-ın ləğvi, məhbusların geri qaytarılması, israilli köçkünlərin geri qaytarılması və İranın nüvə silahı əldə etməsinin qarşısının alınması ilə bağlı razılığa gəliblər.