BAKI, 10 fevral. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr "Hizbullah"ın Suriya və Livan arasındakı tunelə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin "Telegram" kanalında məlumat verilib.

“Biz Suriyadan Livan ərazisinə gedən və silah qaçaqmalçılığı üçün istifadə edilən yeraltı tunelə kəşfiyyat məlumatları əsasında dəqiq zərbə endirdik”, - deyə məlumatda qeyd olunub.

Bundan əlavə, İsrail aviasiyası Hizbullahın Livanda reaktiv yaylım atəşi sistemlərinin saxlanıldığı bir neçə obyektə də zərbələr endirib.