
BAKI. 10 fevral. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə seçkilər üçün hərbi vəziyyəti dayandırmayacağını deyib.
Teleqraf xəbər verir ki, o, bu barədə Britaniyanın "İTV News" kanalına müsahibəsində danışıb.
Siyasətçi bildirib ki, seçkilərdən qorxmur. Lakin onun sözlərinə görə, ukraynalılar hərbi əməliyyatlar zamanı seçkilərin keçirilməsinin əleyhinədirlər.
“Seçkilərin baş tutması üçün hərbi vəziyyəti dayandırmaq lazımdır. Bunu etsək, ordumuzu itirəcəyik. Bundan əlavə, hərbçilərin iştirakı olmadan səsvermə ədalətsizdir”, - deyə Zelenski bildirib.