
Estonyanın Rusiya ilə sərhəd olan Narva şəhərində ABŞ hərb texnikası yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, ABŞ bayrağının dalğalandığı Pentaqon tankları Estoniya Müstəqillik Gününü münasibəti ilə keçirilən parada qatılıb. Ölkənin Müstəqillik Günü qeyd etməsinə dünya mətbuatının maraq göstərməsinin səbəbi isə ABŞ tanklarının Rus torpaqlarına yalnız bir neçə yüz metr məsafədə olmasıdır.
Ukraynada böhranın davam etdiyi vaxtda ABŞ tanklarının Rusiya sərhədinə yaxın ərazidə olması Rusiya prezidenti Vladimir Putin tərəfindən təxribat olaraq qəbul edilə bilər.
Keçmiş Şərq Bloku ölkələrindən olan Estoniya 2004-ci ildə NATO-ya üzv olub.
Ukrayna prezidenti Petro Poroşenko da ölkəsinin NATO-ya qəbul edilməsi üçün cəhdlər edib. Ancaq Fransa prezidenti Fransua Olland Ukraynanın NATO-ya üzv edilməyəcəyini açıq şəkildə dilə gətirib.
Qeyd edək ki, Rusiya NATO-nun şərqə doğru genişlənməsini özünə kimi təhdid kimi qəbul edir
Teleqraf.com paraddan olan fotoları təqdim edir:
Rüstəm