Suriyadakı Rusiya hərbi bazaları ölkəyə fayda verərsə, saxlanıla bilər.

Teleqraf xəbər verir ki, Suriyanın müdafiə naziri Marhaf Əbu Kəsra "Washington Post” qəzetinə müsahibəsində bildirib.

Bəşər Əsədin devrilməsindən sonra Suriyada qalan Rusiya hərbi bazalarının taleyindən danışan nazir qeyd edib ki, Kremlin yeni Suriya hökümətinə münasibəti yaxşılaşıb və Dəməşq Moskvanın tələblərini nəzərə alır.

Kəsra qeyd edib ki, Rusiyanın Tartusdakı dəniz bazası və Latakiyadakı Hmeymim hava bazası Suriya üçün faydalı olarsa, ölkə ərazisində qala bilər.