BAKI, 8 fevral. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin resurslarını ABŞ Prezidenti Donald Trampa və ya digər Qərb tərəfdaşlarına vermək niyyətində olmadığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "Strana.ua" saytı məlumat yayıb.

“Ukraynanın torpaqları çox zəngindir. Bu, o demək deyil ki, biz onu kiməsə, hətta strateji tərəfdaşlara da verməliyik", - deyə Zelenski bildirib.

O vurğulayıb ki, Ukrayna ancaq resursların birgə işlənməsinə razı ola bilər.