
İslam Dövləti qrupunun yaraqlıları Suriyanın şimal-şərq bölgəsində Assuriya xristianlarının yaşadıqları kəndlərdə keçirdikləri reydlər zamanı azı 90 nəfəri girov götürüb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb. Məlumata görə, yaraqlılar Hassaki vilayətindəki Tal-Şamiram və digər Assuriya kəndlərini ələ keçirdikdən sonra insanları girov götürüblər.
İnsanların taleyi haqqında hələlik heç bir məlumat verilmir. /publika.az/