Britaniya parlamentinin sabiq deputatı Cek Lopresti Ukrayna ordusunun beynəlmiləl legionuna qoşulduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, Lopresti hələ noyabrda bu zəmində Ukrayna Silahlı Qüvvələrinə müraciət edib.

"Independent"-ə açıqlamasında sabiq deputat deyib: "Mənim təcrübəm və bilklərimə uyğun bölmə tapmaq üçün müəyyən vaxt tələb olundu".

O deyib ki, öm cəbhədə vuruşmayacaq, döyüşənlərə kömək edəcək, missiyası silah tədarükünə yardımdan, veteranlarla və Ukrayna xeyriyyə cəmiyyətlər iilə işləməkdən ibarət olacaq.