Qondarma Donetsk Xalq Respublikası fevralın 24-də yerli vaxtla saat 09:00-da etibarən ağır silahlarını təmas xəttindən geri çəkməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə separatçıların korpus komandirinin müavini Eduard Basurin məlumat verib.

Onun sözlərinə görə, gün ərzində 96 hərbi texnika və ağır silahların geri çəkilməsi planlaşdırılır.

“Ümumi plan fevralın 22-dən başlayaraq iki həftəlik hesablanıb. Bu gündən etibarən 12 gün ərzində yerinə yetiriləcək”, - Basurin deyib.